Çox soruşulan suallar

ÇSS

Naftalanda tətbiq etdiyimiz Naftalan nefti naften neftinin distillə edilməsi yolu ilə istehsal olunur. Yüksək xüsusi çəkiyə malik yağdır və “ağır” yağlar sırasına daxildir. Tərkibində benzin və ya kerosin kimi yüngül fraksiyalar var, lakin yüksək faizli naften karbohidrogenləri, o cümlədən steranlar, strukturu steroid hormonlarına və provitamin D-yə bənzəyən birləşmələr var. Naftalanın müalicəvi xüsusiyyətləri məhz steranlara aiddir.

Əks təsiri yüksək temperatur formasında ortaya çıxır. Qaraciyər xəstəliklərində, kəskin hepatitlərdə, qan xəstəliklərinin kəskin mərhələsində əks göstəriş verilir. Heç bir xəstəliyin kəskin mərhələsində biz Naftalan tətbiq etmirik. Adicə revmatizm xəstəliyinin kəskin mərhələsində biz bunu tövsiyə etmirik. Orada klassik tibbin köməyi ilə müalicə edib prosesi söndürəndən sonra növbəti dövrdə baş verəcək xəstəliyin kəskinləşməsinin qarşısını alırıq. 10 dəfə Naftalan vannası qəbul edən adam 6 ay və ya 1 il bu xəstəlikdən qurtulmuş olur. Əlbəttə, xəstəliyin kəskin dövründə effekt almaq olmayacaq. Ancaq xroniki xəstəliklərdə çox effektlidir. Artıq yalnız Naftalan neftinin hesabına buraya minlərlə turist gəlir. Əsasən Rusiyadan, MDB ölkələrindən Naftalanın sorağını eşidib buraya müalicəyə gələnlər var. Elə xəstələr var ki, heç bir yerdə şəfa tapa bilməyiblər, Naftalan neftindən 3 gün vanna qəbul etdikdən sonra tamamilə sağalıblar.

Çıxış vaxtı 12:00-dur. Mümkün olduqda vaxt uzadıla bilər, lakin bu hal əvvəlcədən bildirilməlidir.

Qonaqlardan saat 15:00-da otelə gəlmələri gözlənilir. Mümkün olduqda sizi məmnuniyyətlə otağınıza daha erkən yerləşdirə bilərik.

Bəli, bütün yataq otaqları pulsuz istifadə üçün bir saç qurutma feni ilə təchiz edilib.

Xeyir,  ev heyvanlarının otelə daxil edilməsinə icazə verilmir.

Heç bir otaqda siqaret çəkməyə icazə yoxdur. Bütün qonaqların rahatlığı üçün bayırda yaxud terrasda kül qabılar təchiz edilib, siqaret çəkmək istəyən şəxslər siqareti həmin yerlərdə çəkməlidir.

Otelin bütün hissələrində yüksək sürətli simsiz internet təmin edilir.

İstənilən növ nəqliyyat vasitəsinə uyğun gələn geniş parkinq ərazimiz mövcuddur.

Səhər yeməyi 07:00-dan 10:00-a qədər servis edilir.

Nahar 12:30-dan 14:30-a qədər servis edilir.

Axşam yeməyi 19:00-dan 21:00-a qədər servis edilir.